Azərbaycan Premyer Liqasının XV turunun "Sabah" - "Sumqayıt" oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi... 

 

- Bugünkü oyun asan olmadı. İlk hissə daha yaxşı oynadıq. Fasilədən sonra geri çəkildik. İkinci qolu vurmalı idik. Çalışacağıq ki, daha məzmunlu oyunlar görəsiniz.

 

- Elvin Camalovun ehtiyatda qalması nə ilə bağlıdır?

- Elvinin oynamaması məşqçilərin qərarıdır. Rotasiyalar olacaq, yeniliklər görəcəksiniz. Bu gün də bu səbəbdən Elvin ikinci hissədə meydana daxil oldu. 

 

- Pavel Şafranko nə üçün kapitan idi? 

- Sarğı məsələsi çətin işdir. Bəzən oyunçu üçün emosional yüksəlişə səbəb olur. Buna görə sarğını Şafrankoya vermişdik. 

 

- Komandanın potensialını necə görürsünüz?

- Potensial böyükdür. Xüsusilə, hücum xəttində. Bəzi oyun komponentlərində artırmalıyıq ki, yuxarı pillələrdəki komandalarla rəqabət apara bilək.

 

- Klub prezidenti deyib ki, ilk hədəfiniz komandanı toparlamaqdır. Bəs bura gəlməkdə əsas məqsəd nədir?

- Avrokuboklara vəsiqə qazanmaq.

 

- Kubok yolu, ya çempionat yolu ilə bunu düşünürsünüz?

- Hər variant uyğundur. Yəqin, qısa yol kubok vasitəsilədir.

 

- Bura gəlməzdən əvvəl Murad Musayevlə danışmısınızmı və ölkə futbolu haqda fikirləriniz necədir?

- Musayev mənə mesaj yazdı və uğurlar arzu etdi. "Qarabağ" və "Sabah"ın avrokuboklardakı çıxışını bilirdik. Musayevlə birlikdə məşqçi kurslarında olmuşuq, o vaxt da Azərbaycan futbolu haqda danışırdıq.

 

- Təklif kimdən gəldi və nə qədər düşündünüz?

- Təklif ani alındı və qəbul üçün böyük vaxt lazım olmadı. Bu təklifdən imtina edə bilməzdim. Burda işləmək şərəfdir.

 

- Azərbaycan futbolunu araşdırmısınızmı?

- Azərbaycan futbolu inkişaf edir və infrastruktura yatırımlar olunur. Hamımız bu istiqamətdə irəli gedəcəyik.

 

Nuh Tarverdiyev