"Sumqayıt"ın "qara zolaq"dan çıxa bilməməsi Vaqif Cavadovun kreslosunu laxladıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyinin baş məşqçiyə inamı turdan-tura azalır.

 

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Sabah"a böyük hesabla məğlubiyyət odun üstünə bir qədər də benzin töküb. 35 yaşlı məşqçiyə "Kəpəz"lə çempionat oyununa qədər vaxt verilib. "Kimyaçılar" "sarı-göylər"lə qarşılaşmada da meydanı məyus tərk edəcəyi halda, Cavadov postundan gedəcək.

 

Qeyd edək ki, sumqayıtlılar 24 turdan sonra 22 xalla 7-ci pillədə qərarlaşıb.