"Zədəm ciddidi. Əməliyyat olmalıyam. Ondan sonra da bərpa prossesi ən azı 2 həftə çəkəcək. Mövsüm mənim üçün demək olar bitib. Amma baş məşqçi istəsə son bir-iki turda bir neçə dəqiqə şans verə bilər". Bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Ülvi İsgəndərov deyib.

 

Zədəsi olduğu üçün son matçlarda meydana çıxmayan hücumçu vəziyyətlərinin ağır olduğunu da söyləməyi unutmayıb: "Düşdüyümüz durum acınacaqlıdı. Qarşıda 6 oyun qalıb. Vəziyyəti öz xeyrimizə dəyişmək... Fikrimcə, şansımız möcüzəyə qalıb. Amma yenə də ümidimizi itirmirik. Döyüşəcəyik".

 

 

Qeyd edək ki, turnir cədvəlinin son pilləsində qərarlaşan "Qəbələ" Premyer Liqanın XXX turu çərçivəsində dünən öz meydanında "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olub.

 

POLAD AZƏR