Azərbaycanda təşkil olunmuş UEFA Region Kubokunun ilkin seçmə mərhələsinin qrup mərhələsinə yekun vurulub.

Sport24.az xəbər verir ki, bu gün 1-ci qrupda son oyun keçirilib. 

Qazaxıstan təmsilçisi “Kaskelen” Gürcüstanın “Basiani” komandası ilə qarşılaşıb. Üç qolun qeydə alındığı qarşılaşma “Kaskelen” komandasının qələbəsiylə yekunlaşıb. Beləcə, bu komanda iki oyuna 6 xal toplayaraq qrup qalibi kimi ilkin mərhələnin finalına vəsiqə qazanıb. Qazaxıstan təmsilçisi daha öncə Estoniyanın “Tallina Zapoos” kollektivinə də 5:0 hesabıyla qalib gəlmişdi.

Xatırladaq ki, digər finalçı 2-ci qrupda Azərbaycan təmsilçisi “Cəbrayıl”ı hər iki oyunda məğlub edən (2:1, 6:2) Belarus “Kolos”udur. Beləliklə, iyunun 29-da Şamaxı şəhər stadionunda keçiriləcək final qarşılaşmasında “Kolos”la “Kaskelen” komandaları üz-üzə gələcək. Oyun saat 16:00-da başlayacaq.

UEFA Region Kuboku
İlkin mərhələ, 1-ci qrup

27 iyun

Kaskelen – Basiani 2:1
Baş hakim: Damian Silvestrzak (Polşa).
Baş hakimin köməkçiləri: Bartoş Kasinski (Polşa), Elşad Abdullayev (Azərbaycan).
Dördüncü hakim: Elçin Məsiyev (Azərbaycan).
ASK Arena. Saat 16:00.