UEFA Konfrans Liqasının rəsmi "Twitter" səhifəsi "Qarabağ"la bağlı növbəti dəfə paylaşım edib. Sport24.az xəbər vereir ki, turnirin sosial şəbəkə hesabında Azərbaycan klubunun Bakıda Qazaxıstan "Kayrat"ına 2:1 hesabı ilə qalib gəldiyi qrup mərhələsinin III tur matçından fotolar yayımlanıb.

"Son dəqiqədə qalib gəlmək, bax, budur" başlıqlı paylaşımda "köhlən atlar"ın H qrupunda udumadığı vurğulanıb. Həmçinin komandanın qrupu neçənçi pillədə bitirəcəyi ilə bağlı sorğu yerləşdiirlib.

Qeyd edək ki, "Qarabağ" 3 oyundan 7 xalla qrupad 2-ci pillədə gedir.