Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.

Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda  “Yablonets” (Çexiya) - “Randers” (Danimarka) oyununu idarə edəcək.

Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Oktyabrın 21-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.