Bu gün Azərbaycan Premyer Liqasında 3 həftəlik fasilə başa çatıb. Sport24.az xəbər verir ki, XIX turun ilk oyun günündə 1 qarşılaşma keçirilib.

Belə ki, "Səbail" doğma meydanda "Zirə"ni qəbul edib. Üçüncü dövrənin son turunun açılış matçı saat 17:30-da başlayıb. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

3 aprel (şənbə)

“Səbail” – “Zirə” 0:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Müslüm Əliyev, Rauf Allahverdiyev
Bakı. “ASCO Arena” stadionu

Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 9. Florian Kadriu, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.

Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 11. Klesio Bauk, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui, 21. Hacıağa Hacılı, 77. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 5. Kərim Diniyev, 12. Lazar Corceviç, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 6. Ayxan Süleymanlı.
Baş məşqçi: Rəşad Sadıqov.