Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib. Sport24.az xəbər verir ki, U-20 Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.
Yeganə qolu oyunun birinci hissəsində Hikmət Cəbrayılzadə vurub.
Qeyd edək ki, bu, Azərbaycanın U-20 millisinin baş məşqçi Ruy Jorjenin rəhbərliyi altında ilk matçı olub.