19 yaşadək qadın futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçını keçirəcək. Sport24.az xəbər verir ki, B Liqasının V qrupunda yer alan yığma Estoniya ilə qarşılaşacaq.

 

Kiprin "Kouklia Community" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

 

Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələsindəki ilk matçında İsveçrəyə 0:8 hesabı ilə məğlub olub. Milli dekabrın 2-də meydan sahibləri ilə üz-üzə gələcək.