Misli Premyer Liqasında VIII tur arxada qaldı Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək​, bu dəfə son turun "simvolik yığması"nı təqdim edir.

 

"Simvolik yığma"

Qapıçı: Orxan Sadıqlı ("Kəpəz")

Müdafiəçilər: Süleyman Əhmədov ("Sumqayıt")  - Abdullaye Ba ("Sabah") - Murad Musayev ("Qəbələ") - Marko Veşoviç ("Qarabağ")

Yarımmüdafiəçilər: Hamidu Keyta ("Zirə") - Coşqun Diniyev ("Zirə") - Kadi Borges ("Qarabağ") - Leandro Andrade ("Qarabağ") 

Hücumçular: Ülvi İsgəndərov ("Qəbələ") - Ovusu Kvabena ("Qarabağ")

 

Turun BAŞ MƏŞQÇİsi - Qurban Qurbanov ("Qarabağ")

Qurban Qurbanov qələbəni çox vacib saydl: "Neftçi" elə bur kollektivdi ki,  istənilən rəqibə 5-6 qol vura bilər" | Sport24.az - Ən son idman xəbərləriNəinki turun yox, mövsümün derbisi olan "Qarabağ" - "Neftçi" matçında iki fərqli hissə oldu. Meydan sahibləri fasiləyə hesabda 0:1 geridə yollanmışdısa, ikinci hissənin yekununda 3 xalı 3 qolla qazandı. "Süvarilər"in uğurlu komandanı Qurban Qurbanovun fasilədə yenə verdiyi "nastroy"la 2-ci 45 dəqiqənin taleyini həll etdi. "Neftçi" əzəli rəqibinin verdiyi tempə sadəcə. tab gətirə bilmədi və müdafiədə böyük boşluqlar verərək üzücü məğlubiyyətlə barışmalı oldu.

 

Turun QƏHRƏMANı  - Hamidu Keyta ("Zirə")

Bir 2 nəfər, idman oyun növü oynayan insanlar və ot şəkili ola bilərTurda yeganə dublun müəllifi olan bu legioner fərdi oyunu ilə seçilərək komandasına vacib 3 xal qazandırdı. Özü də çətin Tovuz səfərində. "Turan Tovuz"la hesab 1:1 olarkən səhnəyə çıxan Keyta fasiləyə çox az qalmış komandasını önə çıxardı, ikinci hissə başlayan kimi isə dublunu rəsmiləşdirməklə matçın taleyini həll etdi.

 

Turun ANTİQƏHRƏMANı - Qustavo Çorena de Fransa ("Səbail")

Bir 2 nəfər şəkili ola bilər"Səbail" üçün yenə ev matçı, yenə qırmızı vərəqəylə işini çətinə salaraq yekunda 1:2 hesablı məğlubiyyətlə barışmalı olması. "Dənizçillər"i bu dəfə çətin vəziyyətdə qoyan braziliyalı legioneri Qustavo Morena de Fransa oldu. Bu mərkəz müdafiəçisi ilk hissədə 2 sarı vərəqə alaraq komandasını azlıqda qoydu. Həmin vaxt hesab açılmamışdı və "Səbail" ikinci hissəni azlıqda oynamalı olaraq yekunda meydandan məğlub ayrıldı.

 

Turun KOMANDAsı - "Qarabağ"

"Qarabağ" bu çempionatda qələbə seriyasını 7-yə çatdırdı. Özü də bir oyunu ehtiyatda olmaqla. Son çempionun "Neftçi"ylə derbidə də qalib gəlib-gəlməyəcəyi maraq doğururdu. Premyer Liqamızın hazıkrı liderinin əzmkar qələbəsi onun qələbəsinin çəkisini artırır.

 

Turun HAKİMi - Rəvan Həmzəzadə ("Qarabağ" - "Neftçi" - 2:1)

Bir 5 nəfər, ayaqüstə duran insanlar, açıq hava və bunu deyən yazı "AZERSUN AIRLINE AVIS" şəkili ola bilər

Derbiyə təyinat alan hakimlərin üzəırinə heç şübhəsiz, böyük məsuliyyət düşürdü. Rəvan Həmzəzadə beynəlxalq yox, yalnız milli dərəcəli hakim olsa da, üzərinə düşən öhdəsindən əla gəldi. Görüş necə deyərlər, adına uyğun rəvan keçdi.

 

Turun SİTATı - Samir Abasov ("Sumqayıt")

Bir 2 nəfər və oturan insanlar şəkili ola bilərHəmişə maraqlı açıqlamalarıyla mətbuatın manşetlərini bəzəyən bu 44 yaşlı mütəxəssis Premyer Liqaya qayıdışındaca diqəqt çəkdi. Düzdür, bu dəfə sitat bir qədər fərqli planda oldu. Məsələ ondadı ki, Abasov "Kəpəz"lə "Kapital Bank Arena"da qolsuz bərabərliklə nəticələnən matçdan sonra mətbuat konfransında oyun haqda fikirlərini söylədikldən sonra sualları gözləyib və bu, olmayınca "sual yoxdu" fikrini səsləndirib. Bu zaman mediadan da belə cavab alıb ki, 0:0 bitən matça nə sual? Bunu eşidən Abasov "bilsəydim, gəlməzdim" deyərək konfrans otağını tərk edib.