Azərbaycan Premyer Liqasında 2021/22 mövsümündə XlI tur arxada qaldı. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək​, son turun "simvolik yığması"nı təqdim edir.

 

"Simvolik yığma"

Qapıçı: Nicat Mehbalıyev ("Qəbələ", 4)

Müdafiəçilər: Təmkin Xəlilzadə ("Zirə", 2) - Murad Musayev ("Qəbələ", 2) - Ruan Renato ("Qəbələ", 5) - Amin Seydiyev ("Sabah", 2)

Yarımmüadfiəçilər: Abdullah Zubir ("Qarabağ", 5) - İslik Alimi ("Qəbələ", 4) - Coşqun Diniyev ("Zirə") - Aleksey İsayev ("Sabah", 3) - Vüsal Əsgərov ("Neftçi")

Hücumçu: Davit Volkov ("Zirə", 5)

 

Turun BAŞ MƏŞQÇİsi - Rəşad Sadıqov ("Sumqayıt")

"Zirə" baş məşqçisi Rəşad Sadıqovla uğurlu çıxışını davam etdirir. Gənc mütəxəssis komandasını çətin Sumqayıt səfərinə də yaxşı hazırlaşdırmışdı. Hər halda, "Sumqayıt" "Qarabağ"ı çıxmaq şərtilə evdə böyük hesabla çox nadir hallarda uduzur. Ancaq 39 yaşlı Sadıqov "Kapital Bank Arena"da qələbəni darmadağınla qazanmağı bacardı ki, bu da onun "Zirə"dəki karyerasında ilk belə nəticədi. 

 

Turun QƏHRƏMANı - Aleksey İsayev ("Sabah)

İkinci dövrənin ən uğurlu komandası "Sabah" olduğunu desək, yanılmarıq. Burda isə baş məşqçi dəyişikliyi ilə yanaşı, aparıcı futbolçularından olan Aleksey İsayevin də böyük rolu var. Komandanın hazırda lideri olan millimizin yarımmüdafiəçisi son qələbədə də əsas pay sahibi oldu. Belə ki, "Keşlə"ni evdə 2:1 hesabıyla yendikləri matçdaa əvvəlcə İsayevin künc zərbəsindən sonra ötürməsindən sonra komanda yoldaşı başla Amin Seydiyev hesaabı açdı, bundaan az sonra isə milliləşdirilən rusiyalı futbolçu özü qol müəllifi oldu. 

 

Turun ANTİQƏHRƏMANı - Höccət Haqverdi ("Sumqayıt")

Azərbaycanda futbol daha peşəkardır” - Höccət HaqverdiMillimizin də üzvü olan bu mərkəz müdafiəçi son turda komandasının evdə ağır məğlubiyyətinin əsas səbəbkarı oldu. Belə ki, Höccət "Zirə"yə 0:3 hesabıyla yenildikləri görüşdə əvvəlcə rəqibini yıxmaqla qapılarına qolla nəticələnən təyin edilən penaltiyə səbəbkaar oldu, bundan az sonra isə Premyer Liqamızın bombardiri Davit Volkovla mübarizədə aciz qalaraq buraxdıqları 2-ci qola mane ola bilmədi.

 

Turun KOMANDAsı - "Qəbələ" 

Bir 9 nəfər, futbol oynayan insanlar, ayaqüstə duran insanlar və ot şəkili ola bilər

Cari çempionatın ən baxımlı komandası olan "Qəbələ" gücünü yenə göstərdi. Hər halda. evdə oynasa belə, "Qarabağ"ı büdrətmək heç də asan məsəslə deyil. Amma "qırmızı-qaralar" Konfrans Liqasında pley-offa çıxan bir komandadan xal ala bildi. "Qəbələ" 90 dəqiqədə təkcə müdafiə olunmadı, kəsərli əks-hücumlar da qurdu və layiqli 1 xalı aktivinə yazdı.

 

Turun SENSASİYAsı - "Sumqayıt" - "Zirə" - 0:3

"Zirə" Sumqayıtdakı görüşdə qələbəyə daha şanslı idi. Ancaq hesabın belə olacağı gözlənilən deyildi. Hər halda, "Zirə" çempionatımızda 2 ildir böyük hesabla qələbə qazanmırdı. 

 

Turun HAKİMi - Rəşad Əhmədov (4, "Sabah" - "Keşlə" - 2:1)

Bir 8 nəfər, idman oyun növü oynayan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBu gənc hakim yenə yaxşı idarəçiliyi ilə fərqləndi. Özü də Rəşad Əhmədov bu komandaların ilk dövrədəki qarşılaşmasında da baş hakim olmuş, "Sabah"ın qapısına təyin etmədiyi penalti müzakirələrə səbəb olmuşdu. Ancaq bu dəfə mingəçevirli hakim idarəçilyində heç bir şübhə yeri qoymadı. Əhmədov 4-cü dəfə bu nominasiyada fərlqənməklə bu göstəricidə liderliyə yüksəldi. 

 

Turun SİTATı - Samir Abasov ("Neftçi")

Son Azərbaycan çempionu olan bu baş məşqçi 2 turdu cəzalı olduğundan mətbuat konfranslarına gəlmirdi, maraqsız keçirdi. Abasovun qayıdışı ilə yenidə canlanama yarandı və manşetləri bəzəyən açıqlamalar cəhətdən bol idi. Bunlardan biri 43 yaşlı mütəxəssisin futbolçularla bağlı fikri oldu: "Futbolçulara məndən başqa heç kim dəyməsin".