Misli Premyer Liqasının XVI turu bir sıra maraqlı məqamlarda yadda qalıb. Sport24.az onlar arasında "Top-5"i təqdim edir.

 

Kapitan "Bir gülləylə...

Cari çempionatda növbəti yubiley - 200-cü qol vurulub. Buna "Sumqayıt"ın kapitanı Vurğun Hüseynovun imza atması diqqət çəkir. Axı, bu, "gənclik şəhəri" təmsilçisinə cari mövsümdə ilk qələbə qazandıran qolun müəllifi olub. 34 yaşlı mərkəz müdafiəçisi bunu "Kəpəz"lə Gəncədəki matçın 89-cu dəqiqəsində başla fərqlənməklə reallaşdırıb - 1:0. 

Bu çempionatda 80 qarşılaşmada 203 qol qeydə alınıb. Bu da orta hesabla 2 topdan çoxdu.

 

....iki dovşan vurdu"

"Sumqayıt"la davam edərək, onu qalib gəlməsindən sonra qələbəsiz komanda qalmadığını vurğulayaq. Həsrəti sumqayıtlıların köhnə-yeni baş məşqçsi Samir Abasov bitirdi. Son dəfə "Sumqayıt" keçən çempionatın son turunda "Səbail"i evdı böyükhesablı məğlub etməklə - 5:0-la buna nail olmuşdu. Onda baş məşqçi bu mövsüm istefaya göndərilən belarulu Aleksey Baqa idi .Abasovla gələn qələbə 6 aydan sonra oldu.

 

Regekampf üçün "qara yubiley"

"Neftçi"ni rumıniyalı baş məşqçisi Louretisu Regekampf bu postda ilk darmadağına üzülüb. Bu, "Qarabağ"la "Bakcell Arena"dakı derbidə 0:4-lə baş verib. Bu, Rege üçün "qara yubiley" olub. Çünki 47 yaşlı mütəxəsssis avrokubokları - Konfrans Liqası və Pre nyer Liqanı nəzərə alsaq, ağ-qaralar"ı 20 matça çıxarmışdı. Regeli "Neftçi" Azərbaycan Kubokunda bu həftə 1/4 finalda debüt edəcək. Regekampf indiyədək bütün turnirlərdə 6 məğlubiyyət alıb ki, əvvəlkiləri  heç biri böyük hesabla olmamöşdı.

"Neftçi"nin rumıiyalı çalışdırıcısı 0:4-dən sonra nəticəyə görə azarkeşləri qarşısında utandığını oyunsonrası mətbuat konfransında açıqlayıb. Azərbaycanda belə bir məşhur məsəl var - utananın oğlu olmaz. Belə çıxır ki, Rege utanırsa, çətin "Neftçi"ni çempion edər.

 

"Neftçi" öz antirekordunu yenilədi

"Neftçi"nin üzərində qalaraq "Qarabağ"a ardıcıl 6-cı dəfə yenildiyinini vurğulayaq. Bu, "ağ-qaralar" üçün bütün milli çempionatlar tarixində prinsipial rəqiblə görüşdə öz antirekordunu yeniləyib. Komanda son dəfə "Qarabağ"ı 2020/21 ni mövsümünün son turuda "Dalğa Arena"da"da qeyri-rəsmi "qızıl matç"da yenib - 1:0. Onda çempionluq qolunu sonradan meydana çıxan türk əsilli bolqarıstanlı hücumçu Ahmed Ahmedov vurmuşdu. İcarəsi bitən bu ucaboylu forvard həmin mövsüm bitən kimi klubuna - Sofiya MOİK-iə qayıtdı. Məşhur kinofilmimizdə demişkən -  Əhməd haradadır? Göründüyü kimi, "Neftçi" "Qarabağ"ı Əhmədsiz məğlub edə bilmir. 

 

Ən "qoca"nın avtoqolu

Bu turda maraqlı avtoqol olub. Belə ki, buna qapıçı imza atıb. Söhbət cari mövsümün ən yaşlı futbolçusu olan "Turan Tovuz"un artıq 38 yaşın içində olan qolkiperi Kamal Bayramovdan gedir. O, "Zirə"ylə səfər matçının 84-cü dəqiqəsində qapıları səhv salmaqla hesabı 0:2 edib. 

1992-ci ildə keçirilən milli çempionatlarımızda qapıçı avtoqolu nadir hallarda olub. Bu, ilk dəfə 2013/14 mövsümüdə baş verib. Bunadək qeydə alınan 118 avtoqoldan heç birinin müəllifi qapıçı deyildi. Öz qapısına qol vuran ilk qolkiper kimi Premyer Liqamızın tarixinə düşən Anar Nəzirov X turun “Sumqayıt” – “Qarabağ” oyununda "fərqlənib". Meydan sahiblərinin qapıçısı olan Anar topu öz qapısından keçirib. Qolkiperdə istiqamətini dəyişərək, qapıya daxil olan topun avtoqol kimi hesaba alınması ilə mövsümdə avtoqol rəsmiləşib.

Maraqlıdı ki, Bayramov həmyaşıdı olan Nəzirovla uzun illər məhz "Zirə"də komanda yoldaşı olublar. Bu dəfə isə onlar rəqib idilər.