"Turan Tovuz" Misli Premyer Liqasının XXII turunda "Sabah"a uduzduğu oyundakı mübahisəli epizodla bağlı paylaşım edib. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi sözügedən qarşılaşmada hakim səhvinin olduğunu bildirib:

 

"Mövsüm ərzində artıq neçənci dəfədir hakim səhvləri ilə xal və ya xallardan məhrum oluruq. Son oyundan olan epizodları sizin ixtiyarınıza buraxırıq.

AFFA Hakimlər Komitəsinin sədri cənab Frank De Blekerin "Sabah" - "Turan Tovuz" oyununda hakimliklə bağlı fikirlərini səbrsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!"

 

Qeyd edək ki, qarşılaşma Bakı klubunun qələbəsi ilə başa çatıb - 2:1