"Turan Tovuz"da "yarpaq tökümü" davam edir. Sport24.az əldə etdiyi məlumata görə, "boz qurdlar" yaxın günlərdə daha 4 futbolçu ilə yollarını ayırdığını ictimaiyyətə açıqlayacaq.

 

Baş məşqçi Kurban Berdıyev 4 legioneri - qapıçı İvan Konovalov, müdafiəçi Hayderson
Hurtado, yarımmüdafiəçilər Kristian da Silva və Anton Kraçkovskini yeni mövsümdə komandasında görmək istəmir.

 

Qeyd edək ki, bir müddət əvvəl Sadiq Quliyev və Eltun Turabovun "Turan Tovuz"dan ayrıldığı məlum olub.