Türkiyənin "Bursaspor" klubunun Azərbaycan millisinin üzvü Toral Bayramovun transferi üçün "Qarabağ"a ödəyəcəyi məbləğ müəyyənləşib. Sport24.az-ın transfer prosesində yaxından iştirak etmiş etibarlı mənbədən əldə etdiyi məlumata görə, tərəflər arasında razılaşdırılan transfer haqqı 1 milyon avrodur.

 

Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, "Bursaspor" 25 yaşlı cinah müdafiəçisinin keçidi üçün məhz bu məbləği ödəyəcək. Bununla belə, Türkiyə təmsilçisi vəsaiti birdəfəlik deyil, hissə-hissə şəkildə "Qarabağ"ın hesabına köçürəcək.

 

Qeyd edək ki, Toral Bayramov "Bursaspor"la 3 illik müqaviləyə imza atıb.