Azərbaycanın stend atıcısı Emin Cəfərov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti çıxışını bitirib. Sport24.az xəbər verir ki, idmançımız təsnifat mərhələsinin 4-cü raundunda 22 xal toplayıb.

Bununla da Cəfərov 93 xalla 30 idmançı arasında 27-ci pillədə qərarlaşıb. Emin ötən gün 3 raundun nəticəsinə əsasən 71 xalla 24-cü sırada idi.

Emin 5 raunddun ardından 116 xal toplayaraq, təsnifat mərhələsini 30 idmançı arasında 26-cı sırada bitirib. 5 raundan sonra ilk 6 yerin sahibi finala vəsiqə qazanırdı. Bununla da Azərbaycan təmsilçisi Olimpiada ilə vidalaşıb.