Futzal üzrə Yüksək Liqanın IX turundan təxirə salınmış “Xilə” – “Baku Fire” oyununun keçirilmə tarixi müəyyənləşib.

Sport24.az xəbər verir ki, bu komandalar dekabrın 14-də, saat 18:15-də “Olimpik Star”da üz-üzə gələcəklər.

Xatırladaq ki, bu görüş “Xilə”nin bir neçə üzvünün səhhətində yaranmış problemlə əlaqədar müraciəti əsasında təxirə salınmışdı.