"Əvvəlki matçlarda bu qədər qol epizodu yaratmağımız yadıma gəlmir. Təəssüf ki, bunlardan stifadə edə bilmədik. Futbolda belə olur - bəzən yaxşı oynayıb məğlub olursan. Kaş pis oynayıb qalib gələrdik". Sport24.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis komandasının yaxşı oyun göstərdiyini, futbolçularından razı qaldığını söyləyi: Rəqibdən qat-qat üstün oyun nümayiş etdirdik. Futbopçularımızın əziyyətinə heyfim gəlir. Qarşıda hələ 16 tur var. Düşdüyümüz vəziyyətdən çıxmağa və turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmağa çalışacağıq".

ƏHmədovun sözlərinə görə, komandanın bu məğlubiyyət nəticəsində sonuncu pilləyə geriləməsi psixoloji gərginlik yaratmayacaq: "Əksinə, bizi daha motivasiyalı edə, futbolçuları aqressivləşdirə bilər. Məhz bunun sayəsində hazırkı vəziyyətdən çıxa bilərik".