"Turnir cədvəlindəki ilk 6 komanda çempionluq uğrunda mübarizə aparır. Məsələ burasındadır ki, rəqabətdə "Qarabağ"a rəqib görünmür. Legioner limiti ləğv olunsa da, əksər klubların dəvət etdiyi əcnəbilərin səviyyəsi aşağıdır". Bu sözləri Sport24.az-a açıqlamasında Tərlan Əhmədov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının birinci dövrəsini şərh edib:

"Qarabağ" istisna, digər komandaların oyunları çempion olacaqlarına ümid vermir. Legioner limitinin ləğvi çempionatımızı maraqlı etmədi. Mövsümün ilk turundan sonra bilindi ki, "Kəpəz", "Qəbələ" və "Karvan-Yevlax" arasında elitada qalmaq uğrunda mübarəzi gedəcək. "İmişli" oyun, nəticə baxımından hər kəsi təəccübləndirə bilib. "Sumqayıt" nəticə qazanıb, amma düzünü desəm, komandanın mükafatçılar sırasına düşmək potensial görsənmir. Heyətlərinə görə, "Araz-Naxçıvan" və "Neftçi"dən gözləntilərim daha çox idi, amma onların oyunlarında "baxımlı futbol" deyiləcək bir şey yoxdur. İndiki durumda komandalar arzuolunan futbol nümayiş etdirə bilmirsə, avrokuboklara çıxıb ilk mərhələdəcə məğlub olacaqlar. Dediyim kimi, dəvət olunan legionerlerin potensialı o qədər də yüksək deyil ki, nəticə versin. Akademiyalardan futbolçu cəlb olunmalıdır. Hər turda maksimum maraq doğruan bir matça şahidlik edirik. Birinci dövrədən sonra ortabab çempionat izlədiyimizi söyləmək olar".

Qeyd edək ki, ilk dövrənin bir oyunu - Sabah" - "Qarabağ matçı təxirə salınıb.