"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov cəzalandırılıb. Sport24.az xəbər verir ki, 52 yaşlı mütəxəssis Misli Premyer Liqasının XX turunda "Səbail"lə səfər matçının 44-cü dəqiqəsində baş hakim Tural Qurbanovun qərarına çılğın şəkildə etiraz etdiyinə görə qarşısında sarı vərəqə görüb.

Bu, Əhmədovun ilk dövrənin gedişində "sükanı arxası"na keçdiyi Gəncə klubunda ilk rəsmi xəbərdarlığıdı.