Patrik Klyuvertin yeni iş yeri bəlli olub. Sport24.az xəbər verir ki, Niderland millisinin və "Barselona"nın sabiq futbolçusu karyerasını Asiyada davam etdirəcək.

 

O, İndoneziya millisinin baş məşqçisi olacaq. Klyuvert asiyalılarla 2+2 illik müqavilə imzalayacaq. 48 yaşlı mütəxəssisin təqdimatı yanvarın 12-də baş tutacaq.

 

Qeyd edək ki, Klyuvertin son iş yeri 2023-cü ildə ayrıldığı Türkiyə təmsilçisi "Adana Dəmirspor" olub.