"Super oyun alındı. Qələbə qazandığımız üçün sevincliyik". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl Qəbələdə "Zirə"yə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra deyib.

Onun szölərinə görə, hhesabda geri düşəndə belə, komandasının qalib gələcəyinə inanırdılar: "Əsas odur ki, oyun çox gözəl keçdi".

Qeyd edək ki, final matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan "Qarabağ" titula sahib çıxıb.