“Sumqayıt”ın futbolçusu Todor Todoroski Şimali Makedoniya yığmasının heyətində UEFA Millətlər Liqasının C Divizionu çərçivəsində Bolqarıstana qarşı keçirilən ev oyununda meydandan qovulub.

Sport24.az xəbər verir ki, 32 yaşlı müdafiəçi görüşün 14-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.

Hazırda matçda ikinci hissə oynanılır və Bolqarıstan yığması 1:0 hesabıyla öndədir.

Xatırladaq ki, Todor Todoroski cari mövsümün əvvəlindən “Sumqayıt”da çıxış edir.