Azərbaycanı Konfrans Liqasında təmsil edəcək "Sumqayıt" ilk yeni transferini reallaşdırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, Premyer Liqamızın son bürünc medalçısı qapı mövqeyinə yeni futbolçu cəlb edib.

Bu, son 2 mövsümü "Qəbələ"də keçirən Tərlan Əhmədlidi. 27 yaşlı qolkiperlə ortaq məxrəcə gəlinib və bugünlərdə müqavilə imzalanmaqla keçidi rəsmiləşəcək.

Bununla da Əhmədli sabiq klubuna qayıdıb. Çünki o, 2012-17-ci illərdə "Sumqayıt"ın şərəfini qoruyub. Tərlan karyerası ərzində həmçinin "Rəvan", "Sabah", I Divizionda isə "Xəzər"də çıxış edib. O, sonuncularla Azərbaycan çempionu olub. 

Xatırladaq ki, Konfrans Liqasının II təsnifat mərhələsində Serbiyanın "Çukariçki" klubuna rəqib olan "Sumqayıt" milimizin də üzvü olan Mehdi Cənnətovun gedişindən sonra qapıçı axtarışında idi.