"Sumqayıt" Premyer Liqanın XVII turunda matçını keçirəcəyi Qəbələyə itkilərlə yollanıb. Sport24.az xəbər verir ki, komandanın arxa xəttində ciddi problemlər qalmaqladır.

Bleə ki, kapitan Vurğun Hüseynov, Cabir Əmirli və Tellur Mütəllimov bu matçda da oynamayacaqlar. Komandanın iranlı müdafiəçisi Höccət Haqverdinin meydana çıxmasıyla bağlı isə oyun gün qərar veriləcək. Bu qış transferi keçən turda "Qarabağ"la matçın 71-ci dəqiqəsində zədələnərək əvəzlənib.

Xatırladaq ki, "Qəbələ" - "Sumqayıt" görüşü sabah saat 15:00-da keçiriləcək.