"Sumqayıt" Premyer Liqanın ikinci dövrənin son matçı olan "Keşlə"ylə bugünkü səfər görüçü itkilərlə çıxacaq. Komandanın baş məşqçisi Ayxan Abbasovun Sport24.az-a verdiyi məlumata görə, 3 futbolçusunun xidmətindən yaralana bilməyəcək.

 

Bunlar cari mövsümdə əsas qapıçı sayılan Aydın Bayramov və cinah müdafiəçiləri - Süleyman Əhmədovla qış fasiləsində "Neftçi"dən icarəyə götürülən Cabir Əmirlidi: "Süleyman əməliyyatdan sonra hələ tam hazır deyil. Komandayla məşq edir, ona vaxt lazımdı. İnanıram ki, Əhmədovun yaxın iki həftə ərzində tam komandayla çalışaraq əsas heyətdə yer almasına imkan olacaq. Cabir bizə bir az zədəli gəlmişdi, müalicəsini davam etdirir. Ona tam sağalması üçün 1-2 həftə vaxt lazımdı. Aydında isə yüngül zədə var". 

 

Xatırladaq ki, "Keşlə" - "Sumqayıt" matçı bu gün saat 16:00-da "ASK Arena"da keçiriləcək. 

 

 

 

MEHMAN SÜLEYMANOV