Hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "Sumqayıt" avrokuboklara yollanmaq yolunda iddiasını davam etdirir. Son turda səfərdə "Turan Tovuz"u məğlub etməklə azarkeşlərini sevindirən "kimyaçılar"ın kapitanı  Vüqar Mustafayev Sport24.az-ın suallarını cavablandırıb.


- Premyer Liqanın XXXI turunda çətin Tovuz səfərindən üzüağ dönməyi bacardız. Matçla bağlı fikirlərini bilmək istərdik...
- "Turan Tovuz"la qarşılaşma bəlkə də 6 xallıq oyun idi. Hər iki tərəfə qələbə hava-su kimi lazım idi. Ço
x ağır oyun oldu. Şükürlər olsun ki, sonda biz qələbə qazandıq.


- Xeyli vaxt idi zədədən əziyyət çəkirdin. Qayıdışın çətin olmadı?
- Zədəmi tam sağaltmışam. Heç bir problem yoxdu. Sadəcə, məni üzən odur ki, iki oyundu penaltiyə səbəb oluram. Biilmirəm bəxtsizlikidi, yoxsa nədi? Bu hal məni üzür...


- Səncə, "Sumqayıt" avrokuboklara gedə biləcək?
- Hazırda elə vəziyyət yaraınıb ki, 2-7-ci yerlərdə qərarlaşan klubların hər birinin qitəmiqyaslı turnirlərə vəsiqə qazanmaq şansı var. Bu da istər-istəməz gərginliyi artırır. Bizim işimiz də çətindi. Buna baxmayaraq, inanırıq ki, əziyyətimizin qarşısını görəcəyik, uğur bizimlə olacaq. Qarşıda bizi bir-birindən ağır  5 oyun gözləyir. Bütün kollektiv maksimum nəticəyə köklənib.


- Özün də qeyd etdin ki, turnir cədvəlində sıxlıqdı. Necə düşünürsən hər şey öz əlinizdədi, yoxsa rəqiblərin büdrəməyini gözləmək lazımdı?
- Təbii ki, rəqiblərimizin xal itirməsi bizim xeyrimizədi. Amma buna bel bağlamaq olmaz. Əsas öz oyunumuza köklənmişik. Qarşıdakı oyunlarda qalib gələ bilsək, digər komandaların necə oynamalarından asılı olmayaraq avrokuboklara yollanacağıq.

ABDULLA İSMAYILOĞLU