Bu gün keçirilən bir oyunla Premyer Liqada XXVIII tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, son oyun Sumqayıtda baş tutacaq.

 

Son turları uğursuz keçirən "Araz-Naxçıvan" "Sumqayıt"ın qonağı olacaq. 5 oyunda cəmi 2 xal toplayan Azər Bağırovun yetirmələri uğursuz seriyaya son qoymağa çalışacaqlar. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Sumqayıt" isə qələbə qazanacağı halda 3-cü pilləyə yüksələ bilər.

 

Qeyd edək ki, "Qəbələ" "Neftçi"yə (0:1), "Kəpəz" "Qarabağ"a (1:6), "Sabah" isə "Zirə"yə öz meydanında uduzub. "Səbail" "Turan Tovuz"la xalları yarıya bölüb.

 

Misli Premyer Liqası

IV dövrə, XXVIII tur

18:00. "Sumqayıt" - "Araz-Naxçıvan" 1:0 

Qol: Ninqa, 7

Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Əli Əliyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abasov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 23. Cordan Rezabala

Ehtiyat oyunçular: 32. Murad Ağamalıyev, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Aliev, 9. Erik Sorqa, 60. Tresor Mossi

Məşqçi: Mübariz Orucov

"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov (k), 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 19. Aksel Nqando, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 8. İsmail Azzaui

Baş məşqçi: Azər Bağırov