Misli Premyer Liqasının XIV turuna Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı təmsilçisi "İmişli"ni qonaq edir.
Bu komandalar arasında ilk dövrədə baş tutan görüşdə "kimyaçılar" texniki qələbə sayəsində aktivinə 3 xal yazdırmışdı. "Sumqayıt" bu dəfə oyunu ilə qələbəyə layiq olduğunu sübut etməyə çalışacaq. Gerdidə qalan turlarda heç də pis təsir bağışlamayan, hətta çoxlarını təəccübləndirən "İmişli"nin də qalibiyyət üçün mübarizə aparacağı heç kimdə şübhə doğurmur. Qonaqlar səfərdən 3 xalla dönəcəyi halda turnir cədvəlində "Neftçi" və "Şamaxı"nı ötərək 7-ci pilləyə yüksələ bilər ki, bu da onlara əlavə motivasiya verəcək.
Qeyd edək ki, Misli Premyer Liqasının XV turuna dekabrın 13-də start veriləcək.
Misli Premyer Liqası
II dövrə, XIV tur
19:30. "Sumqayıt" - "İmişli" 0:0 (İkinci hissə)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
"Sumqayıt": 22. Xəyal Fərzullayev 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 19. Roi Kehat 9. Aleksandr Ramalinqom 14. Pedro Pinto 10. Nikola Ninkoviç 72. Rayan Senhadji 80. Keffel Resende 11. Aleksa Yankoviç 25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 56. Aftandil Arixov 6. Rauf Rüstəmli 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 66. Ruslan Əliyev 37. Nihad Orucəli 97. Vüsal Paşayev 71. Masaki Murata 95. Nsana Simon
Məşqçi: Veliçko Kaplanoviç
"İmişli": 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Mozes 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 70. Mehdi Tahirov 44. Həzrət İsayev 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya