Misli Premyer Liqasının XIV turuna Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı təmsilçisi "İmişli"ni qonaq edir.

 

Bu komandalar arasında ilk dövrədə baş tutan görüşdə "kimyaçılar" texniki qələbə sayəsində aktivinə 3 xal yazdırmışdı. "Sumqayıt" bu dəfə oyunu ilə qələbəyə layiq olduğunu sübut etməyə çalışacaq. Gerdidə qalan turlarda heç də pis təsir bağışlamayan, hətta çoxlarını təəccübləndirən "İmişli"nin də qalibiyyət üçün mübarizə aparacağı heç kimdə şübhə doğurmur. Qonaqlar səfərdən 3 xalla dönəcəyi halda turnir cədvəlində "Neftçi" və "Şamaxı"nı ötərək 7-ci pilləyə yüksələ bilər ki, bu da onlara əlavə motivasiya verəcək.

 

Qeyd edək ki, Misli Premyer Liqasının XV turuna dekabrın 13-də start veriləcək.

 

Misli Premyer Liqası

II dövrə, XIV tur

19:30. "Sumqayıt" - "İmişli" 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.