Bu gün "Kapital Bank Arena"nın ehtiyat meydançasında "Sumqayıt" Futbol Klubunun rəhbərliyi və məşqçi heyəti ilə "Kimyaçılar" azarkeş qrupunun üzvləri arasında dostluq oyunu keçirilib. Sport24.az xəbər verir ki, qarşılaşmada klubun prezidenti Riad Rəfiyev, baş məşqçi Ayxan Abbasov, məşqçilər və ofis heyətinin üzvləri iştirak edib.

Oyundan sonra isə azarkeşlərlə çay süfrəsi ətrafında görüş baş tutub. Klub prezidenti və baş məşqçi tərəfindən fan-klub üzvlərinin fikir və təklifləri dinlənilib.