Yeni mövsümə hazırlıqlarını doğma şəhərində davam edən "Sumqayıt" bir neçə legioneri baxışdan keçirir. Sport24.az xəbər verir ki, hazırda baxışda olan Rami Tekir barədə son qərar iki gün sonra keçiriləcək "Sabah"la yoxlama matçının ardından veriləcək.

"Vakker İnsburk"un sabiq futbolçusu "Sumqayıt"da qalmaq üçün "Sabah"la matçda məşqçilər korpusunun etimadını qazanmalıdı. 

Avstriyanın U-21 yığmasının sabiq üzvü karyerası ərzində “Vakker İnsburk”, “Liferinq” klublarında oynayıb (sportal.az).