"Sumqayıt"ın ikinci komandasına texniki məğlubiyyət verilib. Sport24.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

 

Əvəzedicilər liqasının XVI turunun "Sumqayıt-2" – "Neftçi-2" oyununda baş verən hadisə səbəb olub. Görüşün 76-cı dəqiqəsində "Sumqayıt-2"nin heyətində adı matçın protokolunda olmayan Kənan Cavadlı meydançaya daxil olub. Buna görə komandaya texniki məğlubiyyət verilib, matçın hesabı isə 0:3 kimi saxlanılıb. "Gənclik şəhəri" təmsilçisi 400 manat cərimə edilib.