Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Çukariçki” qarşılaşmasından öncə Azərbaycan təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Sport24.az xəbər verir ki, tədbir iyulun 28-də, “Kapital Bank Arena”da baş tutacaq. Abbasov saat 18:10-dan etibarən media mənsublarının suallarını cavablandıracaq. Saat 18:30-da isə komandanın açıq məşqi (15 dəqiqə) keçiriləcək.