Premyer Liqamızda ikinci dövrənin startını 4 futbolçu buraxacaq. Sport24.az xəbər verir ki, "Qəbələ"nin yarımmüdafiəçisi Ehtiram Şahverdiyevlə "Sabah"ın paraqvaylı hücumçusu Xulio Sezar Rodriges keçən turda aldıqları birbaşa qırmızı vərəqələin cəzasını hələ xeyli çəkəcəklər.

Digər 2 futbolçu isə vərəqə limitini aşanlardı. Bunlar legionerlər - "Qəbələ"nin şimali makedoniyalı yarımmüdafiəçisi İsnik Alimiylə "Keşlə"nin braziliyalı hücumçusu Felipe Santosdu. Onlar ilk dövrənin son turunda aldıqları "sarı"lar cari çempionatda 4-cü olduğundan cəzalı duruma düşüblər.

Xatırladaq ki, bu mövsüm vərəqə limitini aşdığına görə cəzalı olan ilk futbolçu ilk dövrənin son turunda cəzalanan "Sabah"ın müdafiəçisi Amin Seydiyev idi.