Bu gün Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçı çərçivəsində keçiriləcək "Soçi" - "Keşlə" matçına azarkeş buraxılmayacaq. Sport24.az xəbər verir ki, bu barədə Soçi təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qərarın ölkədə koronavirusa yoluxma hallarının artması ilə bağlı qəbul olunduğu göstərilib. Bilet alan azarkeşlərin pulu geri qaytarılacaq.

Qeyd edək ki,  "Fişt" stadionundakı görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.