"Həqiqətən bu cütün nəticəsi məni təəccübləndirmədi". Bu sözləri Sport24.az-a "Bakı" klubunun sloveniyalı sabiq futbolçusu Yure Travner deyib.

Sloveniyalı keçmiş oyunçu UEFA Avropa Liqasının I təsnifat mərhələsində baş tutmuş "Sabah" - "Çelye" dueli ilə bağlı fikirlərini bölüşüb.

"Çelye"nin avrokubok oyunları həmişə dramatik keçir. Ötən mövsüm beş belə matçları olub. "Sabah" ikinci oyunda rəqibi təəccübləndirdi. Çox yaxşı komandadır. "Çelye" ötən mövsüm avrokuboklarda uğurlu çıxış edib, bu səbəbdən bir neçə aparıcı futbolçusunu itirdi. Amma yenə də sərgilədikləri oyunda fərq çox az idi".

Qeyd edək ki, Bakıda "Çelye"yə 2:3 hesabı ilə uduzan "Sabah" səfərdə eyni hesablı qələbə qazanıb. Meydan sahibləri əlavə vaxtda 1 top vuraraq növbəti raunda yüksəliblər.