"Liverpul" baş məşqçisi Arne Slotu istefaya göndərməyə hazırlaşır. Sport24.az xəbər verir ki, klub rəhbəliyi artıq baş məşqçi ilə yolları davam etdirmək fikrində deyil.

 

Xəbərdə qeyd edilib ki, mersisaydlıların Premyer Liqanın 15-ci turunda səfərdə "Lids"lə heç-heçə (3:3) etməsi rəhbərliyin fikrini qətiləşdirib.

 

Slotun klubun əfsanəsi Stiven Cerrardla əvəzlənməsi gözlənilir Hazırda işsiz olan 45 yaşlı mütəxəssisin sabiq komandasını çalışdırmaq fikrinə müsbət yanaşdığı bildirilir.

 

Qeyd edək ki, Cerrard 1998-2015-ci illərdə "Liverpul"da çıxış edib və 504 matçda 120 qol vurub."Liverpul" hazırda Premyer Liqada 23 xalla 8-ci pillədə yer alıb.