"Şkendiya"nın yarımmüdafiəçisi Kamer Qaka UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin "Qarabağ"la cavab görüşündən öncə keçirilən mətbuat konfransında iştirak edib. Sport24.az 30 yaşlı albaniyalı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

 

- Bakıya hansı istəklə gəlmisiz? "Qarabağ"ı məğlub edə biləcəksiz?

- Çətin matç olacağını bilirik. Öz oyunumuzu oynayacağıq. "Qarabağ" güclü, ciddi rəqibdir. İlk qarşılaşmada təəssüf ki, istədiyimiz səviyyədə oynaya bilmədik. 

 

- "Qarabağ"ın heyətində hansı oyunçu sizə çətinlik yaratdı?

- Fərd olaraq onu deyə bilmərəm. Futbolçulara fərdi fikir vermirəm. Futbol komanda oyunudur. "Qarabağ" kollektiv oynayır. Ona görə ad çəkməyəcəm.

 

- Əvvəlki mərhələdə FKSB-ni keçməyiniz sizə motivasiya verir?

- Hər oyunçunun istəyi odur ki, qələbə qazansın. Biz də oyuna bu niyyətlə çıxacağıq. FKSB ilə matçda qələbə bu görüş üçün fakt deyil.