Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Danimarka yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Sport24.az xəbər verir ki, o, 0:8 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun olacağını bilirdik. Rəqibin gücü hamıya bəllidir, qrupda keçirdiyi ilk oyunda böyükhesablı qələbə qazanmışdı. Xüsusən, fiziki cəhətdən güclü komandadır. Eyni zamanda hava toplarından daha çox istifadə edirdilər. Nəticədə bu üstünlüklərindən istifadə edib qələbə qazanmağı bacardılar. Bu cür oyunlardan sonra futbolçuları digər oyunlara kökləmək çətindir. İlk iki oyunumuz qrupun lider komandalarına qarşı oldu. Bu oyunlardan nəticə çıxarıb digər rəqiblərlə oyunlara köklənməliyik”.