"Yüksək səviyyəli komandaya qarşı yaxşı oyun keçirdik. Səviyyə, sürət və intensivlik baxımından belə qarşılaşmanın komandaya lazım oldu". Sport24.az xəbər verir ki, bunu Krakov "Visla"sının baş məşqçisi Adrian Qulya "Qarabağ"la qolsuz heç-heçə etdikləri yoxlama oyunu barədə danışarkən deyib.

47 yaşlı slovakiyalı mütəxəssisin firkincə, bu görüşdə topsuz daha çox işləməli olublar: " Amma komanda bunu bacardı. Müdafiənin mərkəzində və orta xətdə boşluqları bağlaya bildik. Rəqib cinahlardan imkanlar yaratdı. Əks-hücumlardan istifadə edə bilmədik. Təəssüf ki, penaltini də boşa verdik. Amma bu matç komandanın düzgün istiqamətdə getdiyini göstərir".

Məlumdu ki, bu matç 2 yox, 3 hissə davam edir. Qulya qarşılaşmanın 90 dəqiqədən çox çəkdiyini də xatırladıb: "Buna rəqibin baş məşqçisi ilə birlikdə qərar verdik. Bu, yaxşı qərar idi. Çünki oyunçuları yetəri qədər görmək şansımız oldu".

Onu da bildirək ki, Qulya Slovakiyanın "Jilina" klubunun baş məşqçisi olanda, hazırda "Qarabağ"da çıxış edən millimizin hücumçusu Ramil Şeydayev futbolçusu olub.