Ramil Şeydayev Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib. Sport24.az xəbər verir ki, “Qarabağ”ın 24 yaşlı hücumçusunun yubileyi VIII turun “Səbail”lə səfər matçına (1:3) təsadüf edib.

Şeydayevin ölkə çempionatında debütü 2017/18 mövsümündə gerçəkləşib. Fasilələrlə Premyer Liqada çıxış edən Ramil 50 matçda 8 qol vurub. O, iki klubun formasını geyinib. “Qarabağ”da 22 oyuna 2 qol vuran forvard “Sabah”da 28 matçda 6 dəfə fərqlənib.