"Şamaxı" I Divizionda ikinci komandasıyla təmsl olunacaq. Sport24.az xəbər verir ki, klubun İdarı Heyətinin sədri Elçin Usub bunun planda olduğunu açıqlayıb.

O, artıq komandanın yeni baş məşqçisinin bəlli olduğunu da açıqlayıb: "Uzun illər bu klubda alışmış Zaur İsmayılovla anlaşmışıq. Onun rəhbərliyi altında komanda toplanıb. Böyük ehtimalla oyunlarını Şamaxıda keçirəcək".

Xatırladaq ki. 44 yaşlı İsmayılov hələ "İnter" adlanan dövrdən əsas komandada məşqçi işləyib, hətta baş məşqçi əvəzi də olub.