"Qarabağ"ın və millimizin qapıçısı Şahrudin Məhəmmədəliyev bu gün əməliyyat olunub. Bu haqda Sport24.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O, əməliyyatın uğurla keçdiyini diqqətimizə çatdırıb. Bir neçə gün sonra Bakıya dönəcək qolkiper burda bərpa prosesi keçəcək. 

Xatırladaq ki, Şahrudin son turda "Zirə"ylə matçda qolu qırılaraq mövsümü vaxtından əvvəl başa vurmalı olub.