Region Liqasında növbəti tura yekun vurulub. Sport24.az xəbər verir ki, bu gün keçirilən son matç Şağan Olimpiya Kompleksinin stadionunda baş tutub.

Belə ki, paytaxtı təmsil edən "İrəvan"ın qonağı olan Quba "Şahdağ"ı yenə böyük hesabla qalib gəlib - 5:1. Bununla da Paytaxt və Şimal zonasının B qrupunda liderliyini möhkəmlədən Qəzənfər Abbasovun komandası cari çempionatda 4-cü matçını da qələbəylə başa vurub və bunun 3-ü dardamağınla olub. 

"Şahdağ" qələbəni bu gün Dövlət Sərhəd Xidmətinin helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində həyatını itirənlərə hərbiçilərimizə, yaralılara həsr ediyini açıqlayaraq, başsağlığını rəsmi "Facebook" səhifəsiylə çatdırıb. 

Xatırladaq ki, "İrəvan" ilk turda "Şahdağ"la səfər matçında hesabda 0:8 geridə olarkən ikinci hissənin əvvəlində meydanı yarımçıq tərk edtiyinə görə AFFA tərəfindən texniki məğlubiyyət almış, hesab da saxlanılmışdı.