UEFA Millətlər Liqasında 5 turdan sonra qapıçıların statistik göstəriciləri açıqlanıb. Sport24.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşılar arasında Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevin də adı var.

Belə ki, 28 yaşlı "Şah" 5 oyunda 17 qurtarış edərək 4-cü pillədə qərarlaşıb. 

İlk sırada Qazaxıstan yığmasının qapıçısı İqor Şatskix (5 oyun, 21 seyv), ikinci yerdə Antoni Moris (Lüksemburq), üçüncü pillədə Benyamin Byühel (Lixtenşteyn) yer alıb.