İspaniyanın “Real” klubunun kapitanı Serxio Ramos yenidən zədələnib.

Sport24.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

35 yaşlı müdafiəçinin sol ayaq əzələsində problem aşkarlanıb. Kapitanın yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.

Qeyd edək ki, “Real”ın kapitanı zədəsini yenicə sağaltmışdı. O, bu mövsüm cəmi 21 oyuna çıxıb.