"Neftçi"ylə matçdan sonra rəhbərliklə görüşüm oldu. Ümuçi müzakirə elədik oyunu. Çox neqativ bir şey yoxdu". Bu fikirləri Sport24.az-a açıqlamasında "Keşlə"nin baş məşqçisi Sənan Qubanov bildirib.

Məlumdu ki, 41 yaşlı bu mütəxəssis keçən turda "Neftçi"yə "Bakcell Arena"da 0:3 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında bu vəzifədən ikiəlli yapışmadığını, rəhbərlik istəsə, vəzifəsindən getməyə hazır olduğunu bəyan etmişdi. Qurbanovun sözlərinə görə, klubun Müşahidə Şurasının sədri Zaur Axundov ona yenə dəstəyini göstərib: "Zaur müəllim yenə mənə dəstəyini nümayiş etdirdi. Dedi ki, işinizi davam etdirin, inşallah, yaxşı olarıq. Futbolçularımızla danışırıq, fərdi planda söhbətə xüsusi diqqət yetiririk. Çalışacağıq ki, komandanı toparlayaq. Zaur müəllim işimizi davam etdirməyi tövsiyə edərkən, "işinizdə axsaqlıq yoxdu, çempionat yeni başlayıb" fikirlərini ifadə etdi. Yəni, söhbətimiz bu yöndə oldu. Aramızda çox səmimi söhbət var. Zaur müəllim onu da söylədi ki, onsuz da istəmədiyim adamla davam eləməyi istəməsəm, bunu etməyəcəm. Amma o, hal-hazırda bizə dəstəyini verir və bunu mətbuata da bildirib". 

Qeyd edək ki, "Keşlə" cari çempionatda xalı olmayan yeganə komanda olaraq turnir cədvəlində son pillədə qərarlaşıb.

 

 

MEHMAN SÜLEYMANOV