Azərbaycan Premyer Liqasının XlII turu çərçivəsində evdə “Səbail”lə 2:2 hesablı bərabərliyə qalan “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, A kateqoriyalı çalışdırıcı əvvəlcə oyunu dəyərləndirib.

- Oyuna yaxşı hazırlaşmışdıq. “Sabah”la matçdan sonra iradlarımız var idi oyunçulara. Bu gün uşaqlar əllərindən gələni etdi. Gözlənilməz qırmızı vərəqədən sonra qələbəni əldən verdik. Üzücü nəticədi. Sona 10 saniyə qalmış qol buraxmaq uşaqlara pis təsir edə bilər. Ancaq çalışacağıq ki, qarşıda qalan iki oyuna (biri Kubok) komandanı toparlaya bilək.

- Dediklərinizdən belə anlaşılır ki, komandanız keyfiyyətli futbol sərgilədi. Doğrudan bu fikirdəsiniz?
- İlk yarıdakı oyundan razıyam. Tablodakı nəticə də bizi qane edirdi. Ən azı aqressiya baxımından futbolçulardan razıyam.