Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində səfərdə “Zirə”ylə qolsuz bərabərliyə qalan “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb. 


- Bu səfər hər zaman çətin olub. Rəqib ilk 3-lükdə qərarlaşıb. Futbolçularımız əllərindən gələni etdi. Meydanın ağırlığını da unutmayaq. Sevindiricidir ki, heç kəs zədələnməsi. Biz 3 xal istəsək də, 1 xal qənaətbəxşdir. 


- Tərlan Quliyevin məcburi əvəzetməsindən savayı heç kimi dəyişmədiz. Səbəb nə idi?
- Bir sıra aparıcı futbolçumuz zədədən yeni qayıdıb. Risk etmədik onları belə bir meydanda oyuna salmağa.